Yeniyetməlik yaş dövrünə aid olan uşaqlarla profilaktik işin təşkili
Məktəbin psixoloqu Könül Mübariz qızı İbrahimova "Psixoloqun illik fəaliyyət planı"na əsasən yeniyetməlik yaş qrupuna daxil olan 6,7,8-ci sinif şagirdləri ilə profilaktik iş təşkil etdi.Yeniyetmələrin yaş böhranı ilə əlaqədar qarşılaşdıqları əsas problemlər olan stress, bullinq,aqresiya,depresiya,kiber asılılıq,zərərli vərdişlər,deviant davranışlar mövzusunda və onların həlli istiqamətində maarifləndirici konsultativ söhbətlər apararaq müəyyən tövsiyələr verdi.