Onlayn Pedaqoji Şura iclası keçirildi
Yanvarın 30- da “Məktəbin illik fəaliyyət planı” na əsasən məktəbin pedaqoji kollektivinin online Pedaqoji Şura iclası keçirildi . İclası məktəbin direktoru Taleh Şahbazov açdı və gündəlikdə duran məsələlərlə müəllimləri tanış etdi.
İclasda :
1. I yarımilin nəticələri.
2. II yarımildə qarşıda duran vəzifələr müzakirə edildi. Təlim tərbiyə işləri üzrə direktor müavinlərinin hesabatı dinlənildi .
Məktəbin direktoru T. Şahbazov fevralın 1- dən əyani təhsilə cəlb edilmiş I–IV sinif müəllimlərinə tövsiyələrini verdi. V-XI siniflərdə distant dərslərin keçirilməsinə nəzarətin artırılmasını tapşırdı.
Taleh Şahbazov “Xüsusii karantin rejimi dövründə məktəbdə tədris prossesinin təşkilinə dair göstərişləri müəllimlərin nəzərinə çatdırdı.
Sonda fərqlənən müəllimlər fəxri fərmanlarla mukafatlandırıldı.