İbtidai sinif şagirdlərinin qiymətləndirilməsi
Yanvarın 16-da “Məktəbin illik fəaliyyət planı”na əsasən ibtidai sinif şagirdlərinin Virtual məktəb platforması üzərindən online qiymətləndirilməsi keçirildi.
Qiymətləndirilmənin keçirilməsinə məktəbin direktoru Taleh Şahbazov və ibtidai siniflər üzrə direktor müavini Aida Əliyeva nəzarət etmişdir. Qiymətləndirmədə 1-ci siniflər üzrə 128 şagirddən 119 şagird, 2-ci siniflər üzrə 143 şagirddən 115 şagird, 3-cü siniflər üzrə 156 şagirddən 134 şagird, 4-cü siniflər üzrə 106 şagirddən 96 şagird iştirak etmişdir.