Enerji içkiləri haqqında bilmədiyimiz həqiqətlər
Məktəbdə fevral ayının 20-si şagirdlərin pis vərdişlərdən uzaq olması və sağlam həyat yaşamaları üçün məktəbin psixoloqu İbrahimova Könül Mübariz qızı, həkimi Quliyeva Rüxsarə Tofiq qızı, UBTR-i Həsənova Samirə Bahadur qızı tərəfindən siniflərdə maarifləndirmə işləri aparıldı. Məktəbin VII-XI sinif şagirdləri zərərli vərdişlərdən biri olan enerji içkilərinin orqanizmə həm bioloji, həm də tibbi ziyanları haqqında məlumatlandırıldı.Qeyd olundu ki, hər bir enerji içkiləri insanda psixoloji asılılıq yaradır.