“Unutsaq, unudularıq”

 “Məktəbin illik fəaliyyət planı” na əsasən  bu gün məktəbin UBTR-i Həsənova Samirə Bahadur qızının   təşkilatçılığı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin,o cümlədən Milli Qəhrəmanların təbliği məqsədilə “Unutsaq, unudularıq” başlığı altında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününə həsr olunmuş tədbir keçirildi.

Şagirdlərə Milli Qəhrəmanlara həsr edilmiş videogörüntü nümayiş etdirildi. Azərbaycanın Milli Qəhrəmanlarından bəhs edən plakatlar, albomlar nümayiş etdirildi. Tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclərin vətənə sədaqət ruhunda böyüməsi, onlarda dövlət və vətən qarşısında vəzifələrinin layiqincə yerinə yetirilməsidir.

                                                                    

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi