Görkəmli alim oftalmoloq Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş tədbir

28 aprel 2016-cı il tarixində məktəbin 4c sinif şagirdləri Zərifə Əliyevanın 93 ildönümü ilə əlaqədar tədbir hazırlamışdılar. Sinif müəlliməsi Madərova Ruhəngiz maraqlı ssenari hazırlamışdı. Əvvəlcə şagirdlər alimin həyat və yaradıcılığı haqqında məlumat verdilər, şagirdlər Zərifə xanıma həsr olunmuş şeirlər və mahnılar ifa etdilər. Sonra şagirdlər İslam Səfərlinin "Göz həkimi" pyesindən bir hissəni canlandırdılar. Tədbir boyu Zərifə Əliyevanın Həyat və yaradıcılığına həsr olunmuş slaydlar və vidioçarxlar göstərildi. Tədbirin sonunda Sevil Əliyevanın anasına həsr etdiyi mahnını ifa etdilər. 4c sinfinin digər şagirdləri isə vətənpərvərlik mövzusunda kompozisiya hazırlamışdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi