ƏSGƏRƏ MƏKTUB
“Məktəbin illik fəaliyyət planı”na əsasən dekabr ayının 20-də IV-VII siniflər arasında “Vətən bölünməzdir” mövzusunda “Dəyirmi masa” keçirildi. Şagirdlər vətən haqqında fikirlərini bölüşdürmüş və əsgərlərimizə məktublar yazmışlar. Bu işi məktəbin Uşaq Birliyi Təşkilatının Rəhbəri Həsənova Samirə Bahadur qızı təşkil etmişdir. 140 şagirdin yazmış olduğu məktublar toplanılaraq “N” saylı hərbi hissənin əsgərlərinə göndərilmişdir. Əsgərlərin qarşıdan gələn “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü”münasibəti ilə təbrik etmişlər,arzu və istəklərini bildirmişlər.