Sağlam emosional mühitin formalaşdırılması
Sağlam sosial emosional mühitin formalaşdırılması məqsədi ilə məktəbimizin psixoloqu İbrahimova Könül və Uşaq Birliyinin Rəhbəri Həsənova Samirə V-IX siniflərdə bullinq mövzusunda maarifləndirmə işləri aparmışlar.Bullinqin aradan qaldırılması üçün valideynlər də davamlı olaraq maarifləndirilmiş, valideyn-məktəb əlaqələri möhkəmləndirilmişdir. Bullinqə məruz qalmış uşaqların reabilitasiyası məqsədi ilə tədbirlər görülmüş, valideynlər, uşaqlar və gənclər tərəfindən başa düşülən, riayət olunan qaydalar izah edilmişdir.