Zakir Bəhmənovun "Anım Günü"

Bu gün məktəbimizin adını daşıyan Zakir Yusif oğlu Bəhmənovun "Anım Günü"dür. 1962-ci il 8 iyunda Qərbi Azərbaycanın Toxluca kəndində anadan olan Zakir Bəhmənov 1993-cü ilin noyabrında könüllü olaraq torpaqlarımızı erməni təcavüzündən qorumaq üçün vətənin müdafiəsinə yollanıb. Ağdam rayonunun Güllücə, İlxıcı, Cavahirat kəndlərində gedən döyüşlərdə qəhramanlıq göstərib. 1994-cü il 25 apreldə Ağdam rayonunun Baş Qərvənd kəndi uğrunda gedən döyüşdə düşmən gülləsinə tuş gəlib. Şəhidlik zirvəsinə ucalan Zakir Bəhmənov II Fəxri xiyabanda dəfn olunub. Şagirdlərimiz qəhrəman şəhidimizi hazırladıqları videoçarxla yad ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi