"Ümumdünya Mülki Müdafiə günü"

    Beynəlxalq  Mülki Müdafiə Təşkilatı Baş Məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il 1 mart tarixi bu təşkilata üzv olan bütün ölkələrdə "Ümumdünya Mülki Müdafiə günü" kimi qeyd edilir. Azərbaycan Respublikasında 1995-ci ildə bu təşkilatın üzüvliyinə qəbul edildiyi üçün hər il onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. 1995-ci ildən etibarən, hər il olduğu kimi bu ildə Beynəlxalq Mülki Müdafiə Təşkilatının tövsiyyəsi ilə Respublikamızda 1 mart Ümumdünya mülki müdafiə gününün yaranma tarixinə həsr olunmuş tədbirlərin keçirilməsi planlaşdırılıb. Bununla əlaqədar olaraq məktəbimizdə Ümumdünya mülki müdafiə gününün yaranma tarixinə həsr olunmuş tədbirlər keçirilib. Tədbirlərdə məktəb rəhbərliyi, məktəbin hərbi rəhbəri, tibb bacısı da iştirak edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi