Gənc fiziklər
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinin şagirdlərinin fizika elminə olan marağının daha da artırılması, bu sahədə nəzəri-təcrübi biliklərinin təkmilləşdirilməsi, onların praktik və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, istedadlarının üzə çıxarılması məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-52 nömrəli əmrinə əsasən məktəbimizdə "Gənc fiziklərin yaradıcılıq müsabiqəsi" keçirilib. Müsabiqənin rayon mərhələsində məktəbimizin şagirdləri də iştirak edib.