Xocalı faciə ilə bağlı tədbir

    Bu gün məktəbimizdə Xocalı faciə ilə bağlı tədbir keçirilib. UTB-rəhbəri Aynur Piriyeva və məktəbimizin Azərbaycan dili müəllimi Xəzəngül Mehdiyevanın təşkilatçılığı ilə keçirilən tədbirdə Xocalı faciəsi şagirdlər tərəfindən anılıb. Faciə qurbanları 1 dəqiqlik sükutla yad edilib. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak edib. Tədbirdə çıxış edən şagirdlər bildiriblər ki, "Xocalı soyqırımı xalqımızın yaddaşında dərin iz buraxan bir faciədir. Erməni faşistlərinin azərbaycanlılara qarşı olan bu cinayətini unutmaq olmaz. Qoca, cavan, körpə demədən, onlara acımadan divan tutan erməni faşistləri bu hərəkətləri ilə dünyaya necə bir şiddət, işgəncə düşüncəsinə, istəyinə sahib olduqlarını göstərdilər". Tədbirin sonunda foyedə Xocalı soyqırı ilə bağlı hazırlanmış stendlərə baxılıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi