Ana Dili Günü

    21 Fevral - Ana Dili Günüdür. Bu gün münasibətilə məktəbimizdə Azərbaycan dili  və ədəbiyyat müəllimi Günel Zeynalova və ibtidai sinif müəllimi Maya Sultanzadə müəllimənin təşəbbüsü ilə "Mənim dilim" adlı ədəbi-bədii tədbir keçirilib. Əsərlərdən mövzu ilə bağlı nümunələr səhnələşdirilərək auditoriyaya təqdim olunub. Sənətkarlarımızın yazıb-yaratdığı bu incilər bu günümüz üçün də aktual və qiymətli olduğu, bu incilər içərisində dilimizin saflığı ilə bərabər bir tarix də yaşadığı hafizələrdə bir daha yenilənib. Müəllim Günel Zeynalova bildirib ki, tarix durduqca bu dəyərli sərvətimizin qayğısına qalmalı və mükəmməl şəkildə gələcək nəsillərə ötürməliyik. Bir Azərbaycan vətəndaşı və Azərbaycan dilini tədris edən müəllim kimi bu vəzifəni şərəf və qürurla yerinə yetirməyə çalışıram. Gəlin dilimizi qoruyaq!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi