Peşəyönümü sahəsi üzrə mütəxəssislərlə görüş

    Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Təhsil Nazirliyinə müraciət edərək gənclərin təhsildən əmək bazarına inteqrasiyasını asanlaşdırmaq, karyera və məsləhət xidmətlərinin müyəssərliyini təmin etmək məqsədi ilə Dövlət Məşğulluq Xidməti tərəfindən peşəyönümü sahəsi üzrə mütəxəssislər, peşəkar psixoloqlar və elm xadimləri cəlb olunmaqla ümumi təhsil müəssisələrində şagirdlər və onların valideynləri üçün mütəmadi olaraq peşəyönümü tədbirlərin həyata keçirilməsinə şərait yaradılmasını xahiş edib. Bu məqsədlə məktəbimizdə VIII-IX sinif şagirdləri ilə tədbir keçirilib. Tədbirdə məsləhətçi şagirdlərə peşəyönümü sahəsində faydalı məsləhətlər verib. Şagirdlərin sualları cavablandırılıb. 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi