Yeni il münasibəti ilə şənlik keçirib

    Bu gün məktəbimizin 1 "A" sinfi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə şənlik keçirib. Tədbirdə sinif rəhbəri Maya Sultanzadə uşaqları təbrik edərək bildirib ki,  Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür! Bu günün əsası 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin  dağıdılması ilə qoyulub.      Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü— Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Tədbirdə şagirdlərlə vətən, birlik və yeni il şeirləri səsləndirərək, əyləncəli rəqslər nümayiş etdiriblər. Məktəbin direktoru Nazəni Məmmədova uşaqları təbrik  edib, onları hər zaman çalışqan olmağa, birliyə səsləyib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi