"Sabahın bünövrəsini birlikdə quraq”

        Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi olmuş 155 nömrəli tam orta məktəbin "Sabahın bünövrəsini birlikdə quraq” adlı layihəsinin bağlanış tədbiri keçirilib. Tədbirdə məktəb rəhbərliyimiz də şagirdlərimizlə birgə iştirak edib. Səhnədə layihə çərçivəsində iştirak edən 5 məktəbin şagirdləri canlı olaraq robot dəstləri ilə işləyərək müxtəlif modellər hazırlayıblar ki, bu da tədbir iştirakçılarının böyük marağına və rəğbətinə səbəb olub. Tədbirin sonunda layihə çərçivəsində göstərdiyi dəstək və köməyə görə məktəb direktorlarına təşəkkürnamələr verilib, xatirə şəkli çəkilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi