Ulu Öndər Heydər Əliyev

        Bu gün Ulu Öndər Heydər Əliyevin anım günü məktəbimiz tərəfindən qeyd olunub. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edib. Tədbirdə dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən danışılıb. Bildirilib ki, Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Tədbirdə şagirdlər Ümummilli lider Heydər Əliyevə həsr olunmuş bir-birindən gözəl şeirlər səsləndiriblər. Sonda Ümummilli liderin haqqında videoçarx nümayiş olunub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi