"Kiçik Akademiya" üzvlərinin elmi-tədqiqat işləri

    Bu gün məktəbin "Kiçik Akademiya" üzvlərinin tədris ilinin I yarısında gördükləri elmi-tədqiqat işlərinə baxılıb. Tədbirdə məktəbin direktoru Nazəni Məmmədova, "Kiçik Akademiya"nın rəhbəri Nigar Abasova, "Kiçik Akademiya"da fəaliyyət göstərən kafedraların müəllimləri və akademiyanın üzvləri iştirak edib. Tədbirin keçirilməsində məqsəd elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq və onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, şagirdlərin elm sahələrinə marağının artırılmasına təsir göstərə bilmək, şagirdlərdə elmi dünyagörüş formalaşdırılması istiqamətində sistemli iş aparmaq olub. Şagirdlər hazırladıqları təqdimatları tədbir iştirakçılarına təqdim ediblər. Sonda məktəbin direktoru şagirdlərə təşəkkür edərək bildirib ki, "Kiçik Akademiya" şagirdləri elmin zirvəsinə doğru istiqamətləndirən mayakdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi