"Gəlin tanış olaq" müsabiqəsi

        Bu gün məktəbimizdə Bakı Şəhər Təhsil İdarəsinin əmrinə əsasən "Gəlin tanış olaq" müsabiqəsinin ilkin mərhələsi keçirilib. Müsabiqədə məktəbimizin VIII-X sinif şagirdləri iştirak edib. Məktəbin tarix müəllimi Lalə Babayeva bildirib ki, müsabiqənin keçirilməsində məqsəd şagirdlərin yaşadıqları ərazinin quruluşu, maddi-mənəvi irsi haqqında biliklərinin formalaşmasına təkan vermək, onlarda araşdırma, təhlil aparmaq, əldə etdikləri nəticələri təqdim etmə bacarığının formalaşdırılmasıdır. Şagirdlərin hazırladıqları videoçarxlara baxış keçirildikdən sonra VIII "A" sinif şagirdi Məhəmməd Həsənovun hazırladığı material məqsədə uyğun görülərək müsabiqənin rayon mərhələsinə seçilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi