"Kiçik Akademiya" rəhbərləri üçün təlimlər layihəsi

       Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Təhsildə İnkişaf və İnnovasiyalar" üzrə III qrant müsabiqəsinin qalibi olmuş "Kiçik Akademiya" rəhbərləri üçün təlimlər layihəsi keçirilib. Layihə iştirakçılarına fizika üzrə fəlsəfə doktoru, "Sabahın alimləri" Respublika Müsabiqəsinin Elmi Ekspertiza Komitəsinin rəhbəri Samir Orucov təlimlər keçib. Təlimlərdə məktəbimizin "Kiçik Akademiya" rəhbəri Nigar Abasova da iştirak edib. Təlimlərin keçirilməsində məqsəd ümumtəhsil məktəblərində "Kiçik Akademiya"ların fəaliyyətini daha da gücləndirmək, "Kiçik Akademiya" rəhbərlərini düzgün təlimatlandırmaq, Bakı şəhəri üzrə "Kiçik Akademiya" rəhbərləri arasında əməkdaşlıq yaratmaq, şagirdlərdə "Kiçik Akademiya"lara üzv olmağa maraq yaratmaq, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq və onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirməkdi. "Kiçik Akademiya" yaradıcılığı və elmi potensialı ilə seçilən şagirdlərin könüllü birliyidir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi