IX sinif valideynləri ilə növbəti görüş keçirilib.

Bu gün IX sinif valideynləri ilə görüş keçirilib. Görüşdə məktəb rəhbərliyi, sinif rəhbəri Ağayeva Səadət və fənn müəllimləri iştirak ediblər. Məktəbin direktoru Nazəni Məmmədova valideynləri 2019-2020-ci tədris ilində IX siniflərdə keçirilən məktəbdaxili monitorinqlərin nəticələri ilə tanış edib. O bildirib ki, bu monitorinqlərin keçirilməsində əsas məqsəd şagirdlərin bilik və bacarıqlarını yoxlamaq, onları qarşıdan gələn buraxılış imtahanlarına hazırlamaqdır. Hər bir fənn müəllimi şagirdlərin imtahana hazırlıq səviyyəsi haqqında valideynlərə və məktəb rəhbərliyinə məruzə edib. Sinif rəhbəri valideynlərin şagirdlərə nəzarətinin zəif olduğunu bildirərək valideynləri şagirdlərin daha yaxşı nəticə göstərməsi üçün nəzarəti artırmaqlarını xahiş edib. Müəllimlər valideynləri maraqlandıran suallarını cavablandırıblar. Sonda məktəbin psixoloqu Günay Həşimova valideynlərə övladlarının yaş dövrü xüsusiyyətlərindən, onlarla ünsiyyət qurmaq yollarından və son dövrün böyük problemlərindən biri olan "Bullinq və zorakılıq" haqqında məlumatlandırıb. Uşaqlara ailə və cəmiyyətdə sağlam-sosial emosianal mühit yaratmaq yönündə valideynlərə tövsiyyələr verib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi