Bu gün məktəbimizin coğrafiya müəllimi Ülkər Kərimova 6 "B" sinfində "Vulkanlar" mövzusunda nümunəvi dərs keçirib. Dərsdə məktəb rəhbərliyi və müəllimlər də iştirak edib. Dərs zamanı şagirdlər müəllimin suallarını cavablandıraraq öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Onlar əyani vəsaitlərdən istifadə edərək vulkan püskürməsini təcrübə olaraq həyata keçiriblər.