"Bullinq və zorakılığa son"

        Bu həftə məktəbimizdə məktəbin praktik psixoloqu Günay Həşimova və UBT rəhbəri Aynur Piriyevanın təşkilatçılığı ilə V-IX  siniflərdə "Bullinq və zorakılığa son" mövzusunda seminar keçirilib. Seminarda məktəbin psixoloqu şagirdlərin yaş xüsusiyyətlərini nəzərə alaraq onlara bullinq və zorakılıq haqqında məlumat verib. Bullinqi yarada biləcək səbəblər haqqında, Bullinq və zorakılığın növlərindən danışıb. Şagirdlər tərəfindən bullinqə son qoyacaq fikirlər müzakirə edilib. Məktəbdə sağlam sosial-emosional mühitin yaradılması, ailə-cəmiyyət və məktəb münasibətilərinin yaxşılaşdırılması şagirdlərin psixi və fiziki zorakılıq hallarından qorunması üçün görüləcək işlər haqqında geniş məlumatlar verilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi