5 "A" sinfində valideyn iclası

      Bu gün 5 "A" sinfində sinif rəhbəri Xatirə İbrahimova tərəfindən valideyn iclası keçirilib. İclasda məktəb rəhbərliyi və müəllim kollektivi də iştirak edib. Məktəbin direktoru Nazəni Məmmədova valideynləri Təhsil Nazirliyi tərəfindən göndərilmiş monitorinqin nəticələri ilə tanış edib. Şagirdlərin nəticələri ilə bağlı təkliflər və iradlar müzakirə olunub. Daha sonra məktəbin psixoloqu Günay Həşimova valideynlərə yeniyetməlik yaş dövrü xüsusiyyətlərindən, onlarla ünsiyyət qurmaq yollarından və son dövrün böyük problemlərindən biri olan "Bullinq və zorakılıq" haqqında məlumat verib. Sonda sinif rəhbəri və fənn müəllimləri şagirdlərin bilik və bacarıqları haqqında valideynləri məlumatlandıraraq onların suallarını cavablandırıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi