"Dövlət Bayrağı Günü" ilə əlaqədar veloyürüş

     Azərbaycanda 9 noyabr - "Dövlət Bayrağı Günü" qeyd edilir. Bu əlamətdar gün ilə əlaqədar bu gün Sabunçu rayonu Nardaran qəsəbəsində veloyürüş keçirildi. Şagirdlərin iştirakı ilə rəsmi keçid oldu. Bu yürüşdə məktəbimizin də şagird və müəllim kollektivi iştirak edib. Bayrağımız tarixin keşməkeşli yollarından keçib, illərin sınağından çıxıb, müstəqillik uğrunda gedən mücadilələrdə şəhid olmuş minlərlə oğul və qızlarımızın qanına boyanıb. Ona görə də hər bir azərbaycanlı üçün bu bayraq həm də müqəddəsdir. Bu gün ölkəmizin bütün güşələrində dalğalanan, dövlətimizin suverenlik rəmzi sayılan bayrağımızın zəngin tarixi vardır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi