9 noyabr Azərbaycanda "Dövlət Bayrağı Günü" kimi qeyd edilir

    Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda "Dövlət Bayrağı Günü" kimi qeyd edilir. Bu gün məktəbimizdə də "Dövlət Bayrağı Günü" ilə əlaqədar siniflərdə tədbirlər keçirilib. Bu tədbirlərdən biri də 4 "A" sinfində sinif müəllimi Reyhan Məmmədovanın rəhbərliyi ilə keçirildi. Tədbirlərdə şagirdlər bayraq, vətənpərvərlik mövzusunda şeirlər söylədilər, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi