"Dövlət Bayrağı Günü" qeyd olunur

    Bu gün məktəbimizdə "Dövlət Bayrağı Günü" qeyd olunur. Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyevin sərəncama əsasən hər il noyabrın 9-u Azərbaycan Respublikasının "Dövlət Bayrağı Günü" elan olunub. Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. Məktəbin 3 "A" sinif şagirdləri sinif müəllimləri Cəbrayılova Nazilənin rəhbərliyi ilə bayraq gününü qeyd etdilər. Şagirdlər hazırladıqları musiqi, şeir və rəqslərini izləyənlərə təqdim etdilər. Sonda məktəbin direktoru Nazəni Məmmədova şagirdlərə təşəkkürünü bildirdi. 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi