Bu gün məktəbimizdə 9 noyabr - "Dövlət Bayrağı Günü" münasibətilə şagirdlər arasında şeir müsabiqəsi keçirildi. Məktəb turu üzrə müsabiqədə şagirdlər dövlət bayrağımıza aid birbirindən gözəl şeirlər səsləndirdilər. Seçilən 5 şagird qalib oldu. Onlardan 2 şagirdimiz rayon turuna vəsiqə qazandı.