29 oktyabr - "Zəngilanın işğalı günü"

        Bu gün 29 oktyabr - "Zəngilanın işğalı günü"dür. Bu günlə əlaqədar məktəbimizdə "Dəyirmi masa" ətrafında tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin tarix müəllimi Lalə Babayeva açıq elan etdi. Daha sonra Qarabağ döyüşlərinin iştirakçısı, məktəbimizin hərbi rəhbəri Bayramov Səfxan müəlim Zəngilan uğrunda döyüşlərdə canlarından keçən milli qəhrəmanlarımızın döyüş səhnələrinin canlı şahidi kimi mövzu ətrafında geniş məlumat verdi. Şagirdlər bu günlə əlaqədar hazırladıqları məruzələri təqdim etdilər. Tədbirin sonunda Zəngilanın işğalından 26 il ötür adlı videoçarx izlənildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi