“Ümumtəhsil müəssisələrində kargüzarlığı aparan işçilərin peşə hazırlığının artırılması” layihəsi

        Təhsildə İnkişaf və innovasiyar üzrə III qrant müsabiqəsinin qalibi olmuş “Ümumtəhsil müəssisələrində kargüzarlığı aparan işçilərin peşə hazırlığının artırılması” layihəsi çərçivəsində başlayan təlimin növbəti mərhələsi keçirildi. Təlimdə Bakı, Abşeron, İsmayıllı, Zaqatala, Füzuli, Ağdam, Xocavənd, Laçın məktəblərində çalışan kargüzar və laborantlar iştirak edirdi.  Təlimdə məktəbimizin kargüzarı Məmmədova Rəna və məktəbin laborantı Nigar Abasova da iştirak edib. Təlim zamanı praktik məşğələ vasitəsi ilə sənədləşdirmə işinin dərinlikləri öyrənilmiş və iştirakçılar təlim materialları ilə təmin olunmuşdu. Təlim oktyabr ayının 25-nə qədər davam edib. Keçirilən təlimdə 32 məktəbdən kargüzarlıq işinə baxan işçilər iştirak etmişdi. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun əməkdaşı Zemfira Rüstəmovanın rəhbərliyi ilə keçirilən təlimə  böyük maraq və tələbat vardı. Təlimdə iştirakçılara sənədləşdirmə işinin təşkili , təqdimatların tərtibi, kompüter (makina ilə) rəsmi yazışma qaydaları, şagird, müəllim və valideynlərlə səmərəli ünsiyyət bacarıqları kimi mövzular öyrədilib. Təlimin yekununda iştirakçılara Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun rəhbərliyi və layihə rəhbəri tərəfindən sertifikatlar təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi