"Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi"

        Azərbaycan ədəbiyyatının dahi nümayəndəsi, görkəmli şair və mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibəti ilə bu il "Nəsimi ili" elan edilmişdir. Bu gün məktəbimizdə yetişməkdə olan gənc nəslin bədii və fəlsəfi fikrə marağını artırmaq məqsədi ilə Azərbaycan Respublikası Təhsil nazirinin F-82 nömrəli "Tədbirlər Planı" əmrinə əsasən IX-XI sinif şagirdləri arasında "Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi" adlı müsabiqə keçirildi. Şagirdlər hazırladıqları təqdimatları şifahi olaraq münsiflərə təqdim etdilər. Şagirdlərimizdən Həsənov Məhəmməd - "Nəsimi yaradıcılığında humanist və ümumbəşəri ideyalar", Heydərli Fatimə - "Nəsimi lirikasının başlıca mövzusu-obyekti", Əlizadə Nəzrin - "Nəsimi yaradıcılğında təbiətin tərənnümü" adlı təqdimatlar hazırlamışdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi