IX sinif valideynləri ilə görüş keçirildi

        Bu gün IX sinif valideynləri ilə görüş keçirildi. Görüşdə məktəb rəhbərliyi, sinif rəhbəri Ağayeva Səadət və fənn müəllimləri iştirak edirdi. Məktəbin direktoru Nazəni Məmmədova valideynləri buraxılış imtahanları ilə bağlı məlumatlandırdı. 2019-2020-ci tədris ilində IX siniflərdə keçiriləcək məktəbdaxili monitorinqlərdən danışdı. O bildirdi ki, bu monitorinqlərin keçirilməsində əsas məqsəd şagirdlərin bilik və bacarıqlarını yoxlamaq, onları qarşıdan gələn buraxılış imtahanlarına hazırlamaqdır. Daha sonra direktor müavini Hüseyn Əmiraslanov valideynlərə şagirdlərin dərsə davamiyyəti və dərs prosesində iştirakının vacibliyini vurğuladı. Hər bir  fənn müəllimi şagirdlərin imtahana hazırlıq səviyyəsi haqqında valideynlərə və məktəb rəhbərliyinə məruzə etdi. Sinif rəhbəri valideynlərin şagirdlərə nəzarətinin zəif olduğunu bildirərək valideynləri şagirdlərin daha yaxşı nəticə göstərməsi üçün birgə fəaliyyətə çağırdı. Müəllimlər valideynləri maraqlandıran suallarını cavablandırdılar. Sonda məktəbin direktoru fənn müəllimlərinə zəif nəticə gösrətərən şagirdlərin siyahılarını məktəb rəhbərliyinə verilməsini tapşırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi