5 oktyabr “Müəllimlər Günü”

        Bu gün 5 oktyabr “Müəllimlər Günü”dür. Bu əlamətdar günlə əlaqədar Nailə Şərifziyanovanın rəhbəriyi ilə 4 “B” sinifi tədbir keçirdi. Tədbiri şagirdlər məktəb rəhbərliyini təbrik edərək sözü məktəbin direktoruna verərək başladı..Məktəbin direktoru Nazəni Məmmədova bildirdi ki, “Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və gözəl peşədir. Müəllimlər şagirdlərin dərin və hər tərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.Bu gün məktəblərimizdə bu qiymətə layiq olan, öz sənətini ürəkdən sevən, yüksək peşəkarlığı ilə fərqlənən, müəllimlər işləyir".         Tədbirdə şagirdlər öz şeir , mahnı və rəqsləri ilə müəllimləri təbrik etdilər. Sonda müəllimlər üçün hazırlanmış videoçarx təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi