"Beynəlxalq Ahıllar Günü"

         Bu gün tarixin yaddaşına yazılan Ahıllar günü məktəbimiz tərəfindən də qeyd olundu.  BMT-nin Baş Məclisinin 1992-ci ildə Ahılların müdafiəsi ilə bağlı Qətnaməsinə əsasən hər il oktyabr ayının 1-i "Beynəlxalq Ahıllar Günü" kimi qəbul edilmişdir. 1993-cü ildən başlayaraq hər il oktyabr ayının 1-i Respublikamızda da "Beynəlxalq Ahıllar Günü" kimi qeyd olunur.  Həmin günün keçirilməsində məqsəd ahıl vətəndaşların sosial problemləri ilə tanış olmaq, ehtiyaclarını müəyyənləşdirərək imkanlı müəssisələr, təşkilatlar və qeyri-hökumət təşkilatları ilə birlikdə əməli tədbirlər görməkdən ibarətdir. Nəcib əməlləri ilə tanınan, ləyaqətlə yaşayan, həyat təcrübəsi ilə yeni nəsillərə nümunə olan ahıllar, həqiqətən, hörmət və ehtirama layiqdirlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi