2018-2019-cu tədris ilinin yekununa həsr olunan Təhsil konfransı keçirildi

        Sabunçu rayonunda 2018-2019-cu tədris ilinin yekununa həsr olunan Təhsil konfransı keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, millət vəkilləri, Rayon İcra Hakimiyyətinin başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Sabunçu rayon təşkilatının sədri, Rayon İcra Hakimiyyətinin başçısı Aparatının məsul işçiləri, Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri, rayonun təhsil müəssisələrinin rəhbərləri, ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə etmiş məzunlar və onların valideynləri iştirak edirdilər. Konfransda yüksək bal toplamış şagirdlər mükafatlandırıldı. Mükafatçılar arasında məktəbimizin məzun şagirdi Əmirov Rəsul da vardı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi