Pedoqoji şuranın yekun iclası keçirildi

Bu gün məktəbimizdə Pedoqoji şuranın yekun iclası keçirildi.İclasda 2018-2019 - cu tədris ilinin yekunları və yeni tədris ilində qarşıda duran məsələlər haqqında məktəbin direktoru N. Məmmədova çıxış etdi, o həmçinin oxuduğu müddətdə nümunəvi davranışı ilə fərqlənən və imtahanlardan 75 baldan yuxarı toplayaraq tam orta təhsil səviyyəsi üzrə fərqlənmə attestatı alan Əmirov Rəsul Arturoviç haqqında da danışdı. Daha sonra direktor müavini H . Əmiraslanov ümumi məktəb üzrə hesabat ilə çıxış etdi.  Məktəbdə keçirilən tədbirlər haqqında məktəbin təşkilati işlər üzrə direktor müavini V. Quliyeva hesabat məruzə ilə çıxış etdi. Sinif rəhbərləri və metodbirləşmə sədrlərinin hesabatı dinlənildi.  Bütün çıxışlar dinlənildikdən sonra pedoqoji şura görülən işləri qənaətbəxş hesab etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi