Pi Günü
14.03.2025-ci il tarixində IXA sinifində riyaziyyat müəllimi Hüseynova Təranə tərəfindən Pİ gününə həsr olunmuş "Çevrə" mövzusunda açıq dərs təşkil edilib. Dərsin əsas məqsədi mərkəzi bucaq, çevrə daxilinə çəkilmiş bucaqların xassələrini müəyyən edib məsələ həllinə tətbiq etmək,qövsün uzunluğu tapmaq və çevrədə vətər, kəsən, toxunanınə əmələ gətirdiyi bucaqların xassələrini müəyyən edərək məsələ həllinə tətbiq etməkdən ibarət olub.Təlim nəticələrinə uyğun olaraq şagirdlər ilk növbədə slaydlar vasitəsilə müəllim tərəfindən düzgün izahlarla tanış olublar.Şagirdlər qruplara bölünüb əməkdaşlıq edərək onlara təqdim edilən sual və tapşırıqları yerinə yetiriblər.Dərs şagirdlər tərəfindən böyük maraqla qarşılanıb. Məktəbin direktoru Nazəni Məmmədova və direktor müavini Şəbnəm Mirzəliyeva da dərsdə iştirak ediblər. Sonda dərsin güclü və inkişafa ehtiyac olan tərəfləri müzakirə olunub.