Biz sağlam həyatı seçirik
İdman və sənət bir-birindən fərqli sahələr kimi görünsə də, bu iki sahənin kəsişdiyi məqamlar çoxdur. Məhz bu ideyanı vurğulamaq üçün təşkil olunan “İdmandan Rəsm Sərgisi” rəssamların idmandan ilhamlanaraq yaratdığı əsərləri bir araya gətirir. Bu məqsədlə məktəb şagirdləri arasında rəsm müsabiqəsi keçirilib. Şagirdlər "Biz sağlam həyatı seçirik" adıyla, həyatdan öz təsəvvürlərini çəkiblər.