"İstilik mühərrikləri və ətraf mühitin mühafizəsi" mövzusunda nümunəvi dərs
07.03.2025-ci il tarixində 8b sinifində Bağırova Gülnarə müəllimə tərəfindən fizika fənnindən "İstilik mühərrikləri və ətraf mühitin mühafizəsi" mövzusunda nümunəvi dərs təşkil edilib. Dərsin əsas məqsədi şagirdlərə istilik mühərriklərinin iş prinsipi, onların ətraf mühitə təsiri və ekoloji problemlərin həlli yolları haqqında məlumat vermək,onları ekoloji cəhətdən daha təmiz texnologiyalar və alternativ enerji mənbələri barədə düşünməyə təşviq etməkdən ibarət olub. Şagirdlər mövzu ətrafında cütlərlə işləyərək müzakirələr aparıblar, məqsədə uyğun tapşırıqları həll ediblər. Sonda özünüqiymətləndirmə və qarşılıqlı şagird qiymətləndirilməsi təşkil edilib. Dərsdə məktəb rəhbərliyi, fənn müəllimləri də iştirak ediblər,sonda dərsin güclü və inkişafa ehtiyacı olan tərəfləri müzakirə edilib.