"Indefinite Pronouns" mövzusunda nümunəvi dərs
3 mart 2025 - ci il tarixində fənn aylığı çərçivəsində məktəbin ingilis dili müəllimi Rüstəmova Həcər tərəfindən 6b sinifində "Indefinite Pronouns" mövzusunda nümunəvi dərs təşkil edilib. Dərsdə məktəbin direktoru Nazəni Məmmədova, direktor müavini Şəbnəm Mirzəliyeva, metodbirləşmə sədri və fənn müəllimləri də iştirak ediblər.
Şagirdlər dərs zamanı təqdim olunan tapşırıqları cütlərlə işləyərək müzakirələr aparıblar. Mövzu ilə bağlı videoçarx izlənilib, şəkillər əsasında təqdimatlar edilib. Dərsdə müxtəlif təlim üsullarından istifadə olunub. Sonda qiymətləndirmə aparılıb.
Nümunəvi dərslərin keçirilməsində əsas məqsəd şagirdlərin xarici dil fənninə marağını artırmaq, ingilis dil biıiklərini daha da təkmilləşdirilməsindən ibarət olub.