Nümunəvi dərs - Buğumayaqlılar
18.02.2025-ci il tarixində fənn aylığı çərçivəsində biologiya müəllimi Eyubova Esmira tərəfindən 7 "B" sinifində "Onurğasız heyvanlarda bədənin əsas hissələri. Buğumayaqlılar" mövzusunda nümunəvi dərs təşkil edilib. Dərsdə əsas məqsəd şagirdlərin onurğasızların bədəninin əsas hissələrini müqayisə etmək, eləcə də heyvanların bədəninin quruluşunu həyat tərzi ilə əlaqələndirməyi öyrənməkdir. Dərsdə Buğumayaqlalılar tipinin 3 əsas sinfinin nümayəndələri öyrənilmişdir :hörümçəkkimilər, xərçəngkimilər, cücülər. Şagirdlər cütlərlə işləyərək iş vərəqlərində məqsədə uyğun tərtib olunmuş tapşırıqları cavablandırıblar. Dərsdədinləmədə məktəb rəhbərliyi, metodbirləşmə sədri və fənn müəllimləri də iştirak ediblər.