"Onurğasız heyvanlar. Molyusklar" mövzusunda nümunəvi dərs
Bu gün fənn aylığı çərçivəsində 7 "A" sinfində biologiya müəllimi Gülər Mustafayeva tərəfindən "Onurğasız heyvanlar. Molyusklar" mövzusunda nümunəvi dərs keçirilib. Dərsin məqsədi şagirdlərə molyuskaların biologiyasını, müxtəlifliyini və ekosistemlərdə oynadığı rolu başa salmaqdır. Bundan əlavə onların ətraf mühitə təsiri və insan həyatı üçün əhəmiyyəti vurğulanaraq ekoloji şüurun artırılması da hədəflənir.
Şagirdlər molyuskaların ekosistemdəki rolunu öyrənib, ümumi və xüsusi əlamətlərini, molyuskaların ən mühüm siniflərini həyat tərzi və yaşayış mühiti qidalanma və həzm sistemi insan və təbiət üçün əhəmiyyətini araşdırıblar. Dərsdə məktəb rəhbərliyi və müəllimlər də iştirak edib.