"İlk yardım" mövzusunda seminar keçirilib
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar mərkəzinin pediatr həkimi Ülkər Camalova və menecer Nigar İsmayılova tərəfindən məktəbimizdə "İlk yardım" mövzusunda seminar keçirilib. Seminarın məqsədi böyüklərdə qəflətən ürəyin və tənəffüsün dayanması zamanı ilk yardımın göstərilməsi haqqında olub. Seminarda qeyd edilib ki, düzgün və vaxtında göstərilən ilk yardım zərərçəkən və xəstələrin həyatını xilas edə və vəziyyətini yüngülləşdirə bilər.