İntellektual yarış
19.12.2024-cü il tarixində məktəbin Fəaliyyət planına uyğun olaraq fənn aylığı çərçivəsində riyaziyyat müəllimi Məhərrəmova Abahət tərəfindən VII-VIII siniflərin şagirdləri arasında "Ehtimal, paralel və perpendikulyar düz xətlər" mövzusunda intellektual yarış təşkil edib. Yarışın əsas məqsədi riyaziyyat fənninin müvafiq standartları üzrə şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılmasıdır. Yarışda "Ehtimal", "Cəbr" və "Həndəsə" adlı 3 komanda mübarizə aparıb. Münsiflər heyəti kimi məktəbin direktoru Nazəni Məmmədova, direktor müavini Şəbnəm Mirzəliyeva və fənn müəllimləri iştirak ediblər. Sonda qalib komandalara məktəb rəhbərliyi tərəfindən diplom və sertifikatlar təqdim olunub.