"Dəniz, göy, məhəbbət"
Dövlət başçımızın sərəncamına görə, 2024 dekabr ayında Azərbaycanın Xalq şairi, ictimai xadim, Dövlət mükafatı laureatı Nəbi Xəzrinin (Nəbi Ələkbər oğlu Babayevin) 100 illiyi münasibətilə "Dəniz, göy, məhəbbət" adlı tədbir təşkil edilib. Açılışı məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Zeynalova Günel edib.O, nitqində yubilyarın yalnız ölkəmizdə deyil, eləcə də bir sıra Şərq ölkələrində tanındığını qeyd edərək görkəmli sənətkarımızın yaradıcılıq yolundan danışıb. Şagirdlər şairin müəllifi olduğu şeirləri ifa ediblər. Sonda şeir müsabiqəsi keçirilərək birinci yer tutan şagirdə kiçik hədiyyə verilib.