28 May - "Respublika Günü"

   Bu gün 28 May - "Respublika Günü" məktəbimizdə qeyd olundu. May Azərbaycan xalqının XX əsr tarixində ən əlamətdar, ən fəxarətli, uğurlu hadisələrlə, gözəl bayramlarla zəngin bir aydır. Bu gözəl may günlərinin biri - respublikamızın hər yerində təntənəli şəkildə qeyd olunan, öyrənilən, yenidən yaşanan və ölməzlik qazanan 28 May Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür. Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür.          Bu gün şagirdlərimiz tərəfindən yüksək əhval ruhiyyə ilə qeyd olundu. Şeirlər söyləndilər, mahnılar səsləndirdilər. 2018-2019 - cu tədris ili ərzində görülən işlərdən və keçirilən tədbirlərdən hazırlanmış videoçarx təqdim olundu.          Sonda il ərzində göstərdikləri fəallıqlara və uğurlara görə şagirdlər məktəb rəhbərliyi tərəfindən diplomlarla təltif olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi