"Qiçsə qarşı mübarizə"
Məktəb rəhbərliyi və fənn müəlliminin təşkilatçılığı ilə “QİÇS-ə qarşı mübarizə” adlı maarifləndirici tədbir keçirilib. Məktəbin yuxarı sinif şagirdləri iştirak etdiyi tədbirdə məqsəd onları QİÇS, eləcə də narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, məktəblilərin təhsilə, elmə, idmana olan marağını artırmaq idi. məktəbin biologiya müəllimi çıxışında bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi dəyərlərinə, insanların həyatına, sağlamlığına ciddi maneə olduğunu bildirib. Sonda şagirdlərə məlumatlardan ibarət videoslaydlar təqdim olunub və onları maraqlandıran suallar cavablandırılıb.