Bakı Şəhər Baş Təhsil İdarəsinin rəhbərliyinin əmri ilə əlaqədar olaraq məktəb rəhbərliyi tərəfindən müəllim kollektivi ilə "Dəyirmi masa" keçirildi. Dəyirmi masada Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə tədbirlər barədə Fəaliyyət Planı”nda nəzərdə tutulmuş həlli vacib məsələlərdən və ümumi təhsil müəssisələrinin qarşısında duran prioritet istiqamətlərdən danışıldı. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin №728 əmrindən irəli gələn məsələlər müzakirə olundu.