"Kimya ilə rənglərin ahəngi"
8-ci siniflərdə məktəbimizin steam müəllimləri Bağırova Gülnarə, Eyubova Esmira və Hüseynova Şəfəq tərəfindən steam dərslərində "Kimya ilə rənglərin ahəngi" mövzusunda praktiki dərslər təşkil olunub. Əsas məqsəd təhsilalanlara təbiət elmləri, onların araşdırılması və öyrənilməsinin vacibliyi haqqında məlumat vermək, bəzi kimyəvi proseslərin praktiki olaraq baş vermə səbəblərini öyrənmək və eyni zamanda onlarda elmi istiqamətdə araşdırma bacarıqlarının formalaşdırmaqdan ibarətdir. Dərslərdə şagirdlər məqsədə çatmaq üçün lazımi maddələrdən istifadə edərək kimyəvi təcrübələr apararaq maddələrin təsiri ilə rənglərin necə dəyişdiyini müşahidə ediblər. Steam dərsləri direktor müavini Şəbnəm Mirzəliyeva tərəfindən dinlənilib.