Reproduktiv sağlamlıq - Təhlükəsiz informasiya
Reproduktiv sağlamlıq sahəsində maarifləndirmə tədbirləri çərçivəsində 9-cu siniflərdə "Təhlükəsiz informasiya axtarışı" mövzusunda oğlanla ayrı, qızlarla ayrı profilaktik söhbət aparılıb. Şagirdlərə etibarlı informasiya mənbələri haqqında məlumat verilib. Reproduktiv sağlamlıq məsələlərində onları maraqlandıran suallar müəyyənləşdirilib. Şagirdlərlə birlikdə doğru informasiya mənbələri müzakirə edilib. Belə tədbirlərin keçirilməsində məqsəd şagirdlərin zəngin biliklər əldə edərək, təhlükəsiz şəraitdə sağlam böyüməsini təmin etməkdir. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.